Accessibility links

Kaliforniya yanğınlarının səbəbi araşdırılmaqda davam edir


Rəsmilər Kaliforniyadakı ölümcül yanğınlar zamanı itkin düşənlərin sayının azalaraq, 25-ə düşdüyünü bildirib.

Batti mahalının şerifi “Kemp” yanğınında ölənlərin sayının 88 olduğunu deyib. Yanğının San-Fransiskodan 280 km. məsafədəki, təxminən 27 min sakini olan Paradayz şəhərini tamamilə külə döndərdiyi bildirilib.

İki həftə əvvəl itkin düşənlərin sayının 1200 nəfər olduğunu deyən rəsmilər keçən cümə günü artıq 49 nəfərə endiyini deyib.

Paradayzın şimal hissəsindəki bəzi bölgələrdə evakuasiya göstərişini qaldırsa da, sakinlərin Paradayza daxil olmalarına qadağa qoyulub.

Yanğının səbəbi ilə bağlı araşdırmalar davam etsə də, şübhələr təchizat problem olan “PG&E” kommunal şirkətinin üzərinə düşüb.

XS
SM
MD
LG