Accessibility links

Kaliforniyada bara silahlı hücum olub


Kaliforniyanın cənub bölgəsi rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü gecə silahlı bir şəxs bara hücum edərək, 12 nəfəri qətlə yetirib.

Ventira mahalının polis zabiti Ceff Din jurnalistlərə Tausend Oaks şəhərindəki “Borderline Bar & Grill” barına gələn ilk polis işçisinin atışma zamanı yaralandığını və 29 yaşlı Ron Hilosun xəstəxanada keçindiyini deyib. “Mən Ronun həyat yoldaşına onun qəhrəman kimi öldüyünü dedim” deyə, Ceff Din bildirib.

Din hücum zamanı çox sayda insanın yaralandığını desə də, bəzilərinin xəstəxanaya özləri getdikləri üçün sayın müəyyən edilmədiyini deyib.

Tədqiqatçılar Federal Kəşfiyyat İdarəsi ilə brlikdə hücumçunun şəxsiyyətini və hücumun səbəbini araşdırır.

Ceff Din şübhəlinin barın içərisində güllə yarasından öldüyünü, lakin atəşin kim tərəfindən açıldığının hələ məlum olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG