Accessibility links

Kaliforniyada koronavirusun yayılmasının qarşısını almaq üçün hər kəsin evdə qalması istənilib


Kaliforniya qubernatoru Qavin Nyusom ABŞ-ın qərb sahillərində yerləşən ştatının 40 milyon sakininə COVID-19-a qarşı mübarizənin bir hissəsi olaraq hər kəsin evdə qalması ilə bağlı sərəncam imzalayıb.

Nyusom Kaliforniyada 19 nəfərin ölümü və 958 nəfərin yoluxmasından sonra bu addımı atıb.

Ştat üçün qapanma qərarı Loc Ancelesdə bütün ticarət mərkəzlərinin, ikinci dərəcəli pərakəndə satış yerlərinin və uşaq meydançalarının bağlanmasından sonra verilib.

Nyusom Konqresdən koronavirusla mübarizə üçün federal fondlardan 1 milyard dollar maliyə yardımı ayrılmasını istəyib.

Çərşənbə günü Kaliforniya qubernatoru ABŞ prezidenti Donald Trampa yoluxma ilə bağlı gözlənilən artım səbəbi ilə Dəniz Qüvvələrinin xəstəxana gəmisinin Los Anceles limanına yerləşdirilməsini istəyib.

ABŞ-ın iki nümayəndəsi, respublikaçı Mario Diaz-Balart və demokrat Ben McAdamsın koronavirus testləri müsbət çıxıb. Onlar koronavirusa yoluxma faktı qeydə alınan ilk Konqres üzvüdür. Hər ikisi özünü karantinə alıb.

Cümə axşamı günü Siyetl federal hakimi yaşı və digər sağlamlıq problemləri səbəbiylə koronavirus riski altında olduğundan Amerika Vətəndaş Azadlıqları Birliyinin doqquz qeyri-qanuni miqrantı azad etmək barədə müraciətini rədd edib.

Hakim yayılan xəstəliyin ciddiliyini tam bildiyini, lakin tnəzarət mərkəzində virusa dair heç bir dəlil olmadığını və şəraitin adekvat olduğunu deyib.

XS
SM
MD
LG