Accessibility links

Balaca sahibkarlar marketi [Video]


Balaca sahibkarlar marketi
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Kaliforniya ştatında 5 və daha yuxarı yaşlı uşaqlar marketdə satıcılıq etməklə biznes quruculuğu yollarını öyrənir.

Tayler uşaq bazarında çalışan 40 uşaqdan biridir. “Mənim və bacımın köhnə oyuncaqlarını satıram.”

Kidspace Children's muzeyi bu marketi 7 il əvvəl açıb və bu market ildə iki dəfə işləyir.

Muzeyin koordinatoru Culianna Sandonun dediyinə görə, məqsəd azyaşlıları əsl biznes təcrübəsi ilə təmin etməkdir. "Məqsəd pul, pula münasibəti, yaşadığımız dünyada müstəqilliyi öyrəməkdir.”

Taylerin bacısı Alissa da öz piştaxtasına malikdir. O, şirniyyat satır. “Bunların hazırlanması iki gün tələb edir. Bunlar çox əmək tələb edir.”
Burada digər biznes dərsləri də almaq mümkündür. Alissa deyir ki,təcrübədən öyrəndiyimiz daha bir şey səbirdir. “Çünki alıcı sizing satdığınız hər şeyi almaya bilər.”

Savanna Çaves və onun bacısı satışa çıxardıqları hər şeyi özləri düzəldir. "Müxtəlif əl işlərininin satışından həzz alırıq."

Azyaşlı sahibkarlar satışa nəyin çıxarılacağı və neçəyə satılacağına özləri qərar verir. Əldə etdikləri gəlir onların özlərinə qalır.

Uşaqlar investisiya qoyuluşunu da özləri müəyyən edir.
Maliyyə aspektlərindən əlavə uşaqlar hesab, özünəetimad və biznes idarəçiliyinə sahib olur.
XS
SM
MD
LG