Accessibility links

Kaliforniyada silahlı şəxs 9 nəfəri güllələyib


Kaliforniyanın dəmir yol vağzalında 9 nəfəri güllələyən, hüquq-mühafizə orqanlarının işçiləri gələrkən özünü də öldürən şəxsin keçmiş həyat yoldaşının dediyinə görə, o, iş yerində insanları öldürmək barədə hələ on il danışırdı.

"Mən heç vaxt ona inanmadım və bu heç vaxt baş vermədi. İndiyə qədər" - deyə, Sesiliya Nelms çərşənbə günü səhər 6:30-da baş verən hadisədən sonra Associated Press agentliyinə bildirib.

Santa Klara mahalının şerifi Lori Smit jurnalistlərə "İşçilərimiz içəri girəndə o hələ də atəş açırdı. O, özünü müavinimin gözləri qarşısında öldürdü" deyib.

Polis idarəsi Silikon Vadisinin mərkəzində, 1 milyondan çox insana xidmət edən dəmiryol stansiyasının yaxınlığından yerləşir.

Hüquq-mühafizə orqanının iki əməkdaşının verdiyi məlumata görə, hücum edən şəxsin 57 yaşlı Samuel Kassidi olduğu müəyyən edilib. Müstəntiqlər hücumun səbəbi barədə hələ heç bir açıqlama verməyib. Lakin keçmiş həyat yoldaşı Kassidi işdən evə qəzəbli gəldiyini və ona ədalətsiz tapşırıqlar verildiyindən şikayətləndiyini deyib.

Associated Press, USA Today və Northeastern Universiteti tərəfindən hazırlanan hesabatlara görə, bu il ölkədə 15 kütləvi qırğın həyata keçirilib və 86 nəfərin ölümünə səbəb olub.

Prezident Co Bayden bayraqların yarıya endirilməsinə göstəriş verib və Konqresi silahlı zorakılıqların qarşısının alınması üçün hərəkətə çağırıb.

"Güllə ilə alınan hər bir həyat ölkəmizin ruhunu deşir. Daha çox şey edə bilərik və etməliyik" - deyə, Bayden bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG