Accessibility links

Kaliforniyada meşə yanğınları


ABŞ rəsmiləri Kaliforniya ştatının qərbində küləyin səbəb olduğu meşə yanğınlarından qorunmaq üçün on minlərlə insanı evlərini tərk etməyə çağırıb.

Onlarla evi viran qoyan iki yanğın güclü əsən Santa Ana küləkləri ilə müşayiət edilib.

“Biz bu anadək yəqin ki, təxminən 30-dan çox tikili itirmişik. Biz demək istəyirik ki, biz tikililər itirmişik, insan həyatı itirməmişik. Yubanmayın, evlərinizi tərk edin” - deyə Los Anceles şəhər meri Erik Qarsetti bildirib.

Çərşənbə axşamı Santa Klarita yaxınlığında yanğın cəmi bir neçə saat ərzində 12 kvadrat kilometr əraziyə yayılıb.

Yanğınsöndürənlərin bütün həftə boyu yanğınla mübarizə aparacağı gözlənilir.

“Bu, uzun zaman alacaq və cümə gününədək davam edəcək bir hadisədir. Və biz bu istiqamətdə işə təzəcə başlayırıq” - deyə Yanğın Departamentinin rəhbəri Ralf Terrazas bildirib.

Baxmayaraq ki, yanğın `Lake View Terrace`- da təzəcə başlayıb, Ventura rayonunda yanğınla mübarizə bir neçə gündür davam edir.

XS
SM
MD
LG