Accessibility links

Kaliforniya yanğınlarında 48 nəfər həyatını itirib


Kaliforniya ştatının şimal və cənub bölgələrində yanğınlardan sonra itkin düşən yüzlərlə insanın axtarışı davam etdirilir. 48 nəfər həyatını itirib, 220 min adam evindən didərgin düşüb.

Cəsədləri aşkar edən itlər və təcili DNK sistemləri ilə Şimali Sakramentonun 27 min əhalisi olan Paradayz şəhərində axtarışlar davam edir. Bu şəhərdə 7 min ev sıradan çıxıb.

200-dən çox sakin hələ də itkindir.

"Kamp yanğını" adlandırılan təbii fəlakətin qarşısının alınması cəhdləri yanğının 35 faiz söndürülməsinə yardım edib.

ABŞ prezidenti Donald Tramp Kaliforniya yanğınlarını böyük fəlakət adlandırıb. O, ştat üçün federal fonddan vəsait ayrılmasına göstəriş verib.

XS
SM
MD
LG