ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında çıxışına bu sözlərlə başlayıb:
"Başlamazdan əvvəl - hamımız indicə Aleksey Navalnının Rusiyada öldüyü barədə xəbər aldıq. Bu, əlbəttə ki, dəhşətli xəbərdir və biz bunu təsdiqləməyə çalışırıq. Mən onun ailəsi, o cümlədən bu gün bizimlə olan həyat yoldaşı Yuliya üçün dua edirəm. Əgər bu, təsdiqlənsə, hər hansı versiyanı irəli sürsələr belə, bu, Putinin qəddarlığının bir daha sübutu olacaq. Gəlin açıq danışaq - Rusiya hakimiyyəti məsuliyyət daşıyır. Bu barədə sonra danışacağıq".
Münhen konfransında iştirak edən ABŞ Dövlət katibi Antoni Blinken cümə günü müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiya hakimiyyətinın məsuliyyət daşıdığını bildirib.
Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Blinken "Onun Rusiya həbsxanasında ölümü və bir nəfər qarşısındakı qorxusu yalnız Putinin qurduğu sistemin zəifliyini və çürüməsini vurğulayır" deyib.
"Əsasən də bu xəbər təsdiqlənsə, biz Aleksey Navalnının vəziyyətindən narahat olan bir çox ölkə ilə danışıqlar aparacağıq" - deyə, Blinken bildirib.
"Əgər bu xəbər doğrudursa, onun həyat yoldaşına və ailəsinə başsağlığı veririk", Dövlət katibi əlavə edib.
Forum