İlk dəfə Senata üzv seçilən, Kaliforniyanın sabiq baş prokuroru Kamala Harris demokratların prezident yarışlarına namizədliyini irəli sürüb.
“Səslərimizi birləşdirəcəyik” şüarı altında Harris seçildiyi təqdirdə ilk qadın və ikinci Afrika mənşəli amerikalı olacaq.
Mühacir övladı olan Harris Kaliforniyanın Oakland şəhərində boya-başa çatıb.
Ədalət, bərabərlik və ləyaqət mübarizi olan 54 yaşlı Harris namizədliyini irəli sürdüyünü ABC kanalına müsahibəsi zamanı elan edib.
Onun açıqlaması insan hüquqları mübarizi, qətlə yetirilən Martin Lüter Kinq gününə təsadüf edib.
Harris rəsmi kampaniyasına Oaklandda yanvarın 27-i start verməyi planlaşdırır. Kampaniyanın qərargahı Baltimor şəhərində, ikinci ofis isə Oakland şəhərində olacaq.
Demokrat Elizabet Uorenilkin yarışlara qatılanlardandır. Sabiq inşaat naziri Culian Kastro da Uorrenə seçkiqabağı kampaniyada qoşulub.
Seçkilərə qatılmaq istəyənlər arasında texaslı konqresmen Beto Orurke, Nyu-Cersi senatoru Kori Buker və sabiq vitse-prezident Co Bayden də var.
Amerikalıların yarıdan çoxu qadın prezident ideyasına müsbət yanaşır.
Kantar Public məsləhət şirkətinin keçirdiyinə sorğuya əsasən, amerikalıların 63 faizi korporasiyalarda qadın rəhbər fikrini dəstəkləyir. Respondentlərin 52 faizi qadınların prezident olması fikrinə mənfi yanaşmadıqlarını bildirib.
Kişilərin çoxu liderliyin genderə əsaslandığını, qadınların əksəriyyəti isə kişilər qədər qadınların da rəhbər vəzifələrdə çalışa biləcəyinə inandığını bildirib.
Şirkətin hesabatında deyilir ki, qadınların 60 faizi baş komandanlıq vəzifəsini yerinə yetirə biləcəklərinə, kişilərin isə 45 faizi buna inandıqlarını deyib.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq daxil olmaqla, 7 inkişaf etmiş ölkədə keçirilən sorğularda on min insan iştirak edib.
İngiltərə və Almaniyaya hazırda qadınlar rəhbərlik edir.