Accessibility links

Kamerunda qaçırılan 80 məktəb şagirdi azad edilib


Kamerunda bu həftənin əvvəli məktəbdən qaçırılan təxminən 80 şagird azad edilib.

Şagirdlər çərşənbə günü Bamendadan 18 kilometr uzaqlıqda Bafut şəhərində sərbəst buraxılıb. Onlar bazar ertəsi Bamendada dini icma tərəfindən dətəklənən məktəbdən qaçırılmışdı.

Şagirdlərin nə üçün azad edildiyi dəqiq bilinmir. Məktəbin direktoru da daxil olmaqla, uşaqlarla birlikdə qaçırılan dörd məktəb işçisi hələ də girov saxlanılır.

Bundan əlavə oktyabrın 31-də də 11 şagird oğurlanıb, daha sonra azad edilmişdi.

Bamenda Kamerunun iğtişaşlı şimal-qərb regionunda yerləşir. Orada ingilisdilli silahlı separtçılar müstəqillik uğrunda döyüşür.

2016-cı ildə Kamerunun ingilisdilli şimal-qərb və cənub-qərb regionlarında müəllimlər və vəkillərin təhsil və ədliyyə sistemində fransızdilli çoxluq tərəfindən diskriminasiyanın olduğuna dair şikayət etməsindən sonra həmin regionlarda döyüşlər başlayıb.

Çərşənbə axşamı əlavə yeddi il müddətinə prezidentlik vəzifəsini yerinə yetirmək üçün and içən prezident Pol Bita separatçılar təslim və ya məğlub olanadək regionlarda terrora qarşı mübarizə aparacağını vəd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG