Accessibility links

ABŞ-a pənah gətirən mühacirlər kütləvi şəkildə Kanadaya gedir


Suriya, Yəmən və Haitidə müharibə və yoxsulluqdan yaxa qurtarmaq ümidi ilə Birləşmiş Ştatlara pənah gətirən mühacirlər yeni həyata başlamaq üçün kütləvi şəkildə Kanadaya gedir.

Kanada rəsmiləri bildirib ki, iyul ayında təxminən 1500 qaçqın sərhədi keçərək Kvebek şəhərinə gəlib. Bu rəqəm iyun ayında 781 idi.

Bəziləri taksilərlə sərhədə qədər gəlir. Digərləri isə yolun yarısından sonra yükləri çiyinlərində ayaqla gəlməli olur.

“Qaçqın statusu əldə etmək heç də asan deyil. Fərqi yoxdur insanlar mətbuatda nə oxuyur, biz istəyirik ki, hər kəsə aydın olsun ki, burada sərhədi keçmək ölkəyə bir başa daxil olmaq zəmanəti vermir” deyə Kanadalı qanunverici Brenda Şanahan bildirib.

Rəsmilər qaçqın statusunun hər kəs üçün ayrılıqda, fərdi şəkildə müəyyən edilərək verildiyini bildirib.

XS
SM
MD
LG