Maşını Kanada polisinin üzərinə sürərək onu bıçaqlamaqda və digər dörd nəfəri maşınla vurmaqda təqsirləndirilən somalili mühacir bir zamanlar ABŞ-da deportasiya edilmək üçün nəzarət altına alınmışdı.
Abdulla Həsən Şərif hücumdan üç gün sonra Edmonton şəhərində ilk dəfə məhkəmə qarşısına çıxarılıb.
Futbol stadionu yaxınlığında maşınını polisin üzərinə sürdüyünə və daha sonra polis zabitini bir neçə bıçaq zərbəsi endirdiyinə görə qətl cəhdinin beş maddəsi üzrə ittihamlar da daxil olmaqla, Abdulla Həsən Şərif çox sayda cinayət ittihamları ilə üzləşib.
Bundan başqa ələ keçirilməmək üçün qaçmağa çalışan şəxs daha sonra dörd nəfəri də maşınla vurmaqda təqsirlənidirlir.
Hücumun səbəbi aydın deyil. Lakin baş nazir Castin Trudo hadisəni terror hücumu adlandırıb.
2012-ci ildə ABŞ mühacirət rəsmiləri tərəfindən deportasiyadan yayına bildikdən sonra Abdulla Həsən Şərif qaçqın statusu ala bilmək üçün Kanadaya qaçmışdı.