Accessibility links

İngilis kanalında azı 27 miqrant boğulub


Çərşənbə günü azı 27 miqrant Fransadan La-Manş (İngilis) boğazını keçmək istəyərkən qayığın çevrilməsi nəticəsində boğulub.

Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, qayıqda 34 nəfər olub. Reuters-in məlumatına görə, iki ölkə arasında miqrantların iştirakı ilə qeydə alınan ən dəhşətli faciədə iki nəfər xilas edilib, biri isə itkin düşüb.

Agence France-Presse-in məlumatına görə, Daxili İşlər Nazirliyi izahat vermədən ilkin ölənlərin sayını 27 olduunu bildirib. Miqrantların milliyyəti açıqlanmayıb.

Darmanin bildirib ki, sağ qalanlar hipotermiyadan əziyyət çəkir.

"Qaçaqmalçıların mərhəmətinə düçar olan bu insanların dənizdə həlak olmasını görmək Fransa, Avropa, bəşəriyyət üçün fəlakətdir", - deyə o, Reuters-ə bildirib.

Darmanin tvitində qaçaqmalçıların məsuliyyət daşıdığını yazıb. “Bu faciəyə görə məsuliyyət hər şeydən əvvəl kişilərin, qadınların və uşaqların həyatını təhlükəyə atan qaçaqmalçıların üzərindədir”, o yazır.

Fransa polisi suda boğulmalarda iştirakda şübhəli bilinən 4 nəfəri həbs edib və adam öldürmə faktı ilə bağlı istintaq başlayıb.

Fransanın baş naziri Jan Kasteks Darmaninin fikirlərini təkrarlayıb.

"Fransa kanalın qəbiristanlığa çevrilməsinə icazə verməyəcək", - Fransa Prezidenti Makron açıqlamasında bildirib.

Böyük Britaniyanın baş naziri Boris Consonun sədrliyi ilə çərşənbə günü faciə ilə bağlı təcili iclas keçirilib.

Conson bildirib ki, insan alveri ilə məşğul olan dəstələri dağıtmaq üçün daha çox iş görülməlidir. Onun dediyinə görə, bu dəstələr “sözün əsl mənasında məsuliyyətdən can qurtarırlar”.

Kanal Fransadan Britaniyaya çatmaq üçün miqrantlar tərəfindən daha çox istifadə edilir.

BBC 2021-ci ildə qayıqla Böyük Britaniyaya çatan miqrantların sayının 2020-ci ildən üç dəfə çox olduğunu bildirib.

Bu ayın əvvəlində bir gün ərzində 1000-dən çox miqrant Britaniyaya keçib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG