Accessibility links

Kəraçidə oteldə yanğın 11 nəfərin ölümünə səbəb olub


Pakistanın cənubunda Kəraçi şəhərində dəbdəbəli oteldə baş vermis yanğın 11 nəfərin ölümünə səbəb olub.

Rəsmilər yanğının bazar ertəsi Regent Plaza otelinin aşağı mərtəbəsində yerləşən mətbəxində baş verdiyini bildirib.

Yerli mediya bildirib ki, yanğın nəticəsində 75 nəfər xəsarət alıb.

Otelin qonaqları pəncərələrdən enə bilmək üçün mələfələrdən istifadə edib.

Kəraçinin meri Vasim Aktar yanğının səbəbinin dərhal məlum olmadığını bildirib.

Şəhərin yanğınsöndürmə idarəsinin rəhbəri bildirib ki, kondissionerlər işləməyə davam etdiyi üçün yanğın nəticəsində yaranmış tüstü otelin içərisinə yayılıb. Hadisə qurbanlarının əksəriyyəti tüstüdən boğularaq ölüb.

Pakistanda bir çox binalar sağlamlıq və təhlükəsizlik standardlarına uyğun inşa edilməyib. Yanğınsöndürənlər isə pis avadanlıqla təchiz ediliblər.

XS
SM
MD
LG