Accessibility links

Rəsmilər sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşüb


Martın 29-da Dövlət Sərhəd Xidməti­nin rəisi Elçin Quliyev və Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə Azərbaycana gəldikdən sonra sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşüblər.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, vətəndaşların karantində qalma şəraitləri və qidalanma və­­ziy­yətinə baxış keçirilib: “ Üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb”Məlumatda vurğulanır ki, habelə karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib:

“Vətəndaşların və şəx­si heyətin... sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib”

Son günlər sosial şəbəkələrdə Rusiyadan Azərbaycana gəldikdən sonra karantinə alınan şəxslərin narazılığına aid müxtəlif vidiolar yayılıb. Həmin vidolarda Azərbaycan ərazisində qurulan cadırlarda həm sanitar qaydalara rəiyyət edilmədiyi, həm də şəraitin ağır oldyuğu iddia edilirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG