Accessibility links

Xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb


Son bir gündə respublika yollarında xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb. Bu barədə aprelin 12-də Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Qurum bildirir ki, koronavirusun yayılmasını önləmək üçün tətbiq edilən karantin rejiminin pozulmasına görə, aprelin 11-i saat 00:00-dan aprelin 12-i saat 00:00-dək nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (epidemiya əleyhinə karantin qaydalarını pozma) məsuliyyətə cəlb edilib.

“Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib”, idarə vurğulayıb.

XS
SM
MD
LG