Tropik Körk qasırğası Karib hövzəsinin şərq bölgəsində işıqların kəsilməsi və uçuşların təxirə salınmasına səbəb olub.
Barbadosda insanlar daşqınlardan xilas edilib. Yaxınlıqdakı Dominika, Quadelop və Qrenadin adalarında məktəblər bağlanıb.
Tropik qasırğa xəbərdarlığı St.Luisdə qüvvədədir.
Körk qasırğasının zəifləyəcəyi gözlənilir.
Eyni zamanda Meksikanın Sakit okeanı sahilləri saatda 230 kilometr sürətlə irəliləyən Roza qasırğasının təsirinə məruz qalıb. 4-cü kateqoriyida qeydə alınan qasırğa Baha Kaliforniyaya iqtiqamət alıb.
Sabah bu yarımadaya çatanadək qasırğanın zəifləyəcəyi proqnozlaşdırılıb. Lakin buna qədər təbii fəlakətin Meksikanın cənub-qərb bölgəsi və ABŞ-ın Kaliforniya ştatının cənubunda ciddi fəsadları gözlənilir.