Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi bildirib ki, keçən il Amerika əsgəri müqabilində ABŞ-ın Quantanamo həbsxanasından azad edilən beş Taliban liderinin səyahət və monitorinqinə məhdudiyyətlərin genişləndirməsinin müvəqqəti uzadılması ilə bağlı Qətərlə razılığa gəlinib.
Qətər keçən il Əfqanıstandakı Taliban tərəfindən 5 il əvvəl ələ keçirilən Birləşmiş Ştatlar ordusunun çavuşu Buvi Berqdalın müqabilində sərbəst buraxılan Taliban liderlərini qəbul etməyə razılıq vermişdi. Çavuş Berqdala fərarilik ittihamı irəli sürülüb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Birləşmiş Ştatların CBS telekanalında çıxışı zamanı deyib ki, o, həmin 5 nəfərin yenidən mübarizəyə qoşulmayacağından əmin olmaq istəyir.
Diplomatik həll tapılana qədər Quantanamodan azad edilən beş Taliban liderinə qarşı məhdudiyyətlər qüvvədə qalacaq.