Accessibility links

Qazaxıstanda ekstremizm təhlükəsi [Video]


Qazaxıstan ekstremizmə qarşı mübarizə aparır
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Qazaxıstan yanvar ayında Suriyanın atəşkəslə bağlı sülh danışıqlarına ev sahibliyi edib. Lakin bu danışıqlara islamçı qruplar daxil deyildi. Müzakirələrə ev sahibliyi etməsi Qazaxıstanda İslam ekstremizminin yayılmasının qarşısını alınmasında da böyük rol oynayıb.

Bir neçə gənc Suriyaya gedib. Lakin geri, evlərinə dönənlər hələ də reabilitasiyadan keçir.

İnsanlar 2016-cı ildə Almatıda qətlə yetirilən polis zabitlərinin xatirəsini anır. Qatilin İslamçı qruplaşma ilə əlaqəsi olduğu iddia edilir. Bu, keçən ilin iyun ayında 4 mülki vətəndaşın və 3 əsgərin ölümü ilə nəticələnən silsilə hücumlardan sonra baş verib. Həzrət Sultan məscidinin imamı Serikbay Hacı Oraz: “Bir neçə gənc Suriyaya gedib. Lakin geri, evlərinə dönənlər hələ də reabilitasiyadan keçir. “

Lakin Qazax rəsmiləri yüzlərlə insanın İraq və Suriyadakı islamçı qruplara qoşulduğunu və Qazaxıstan üçün qeyri-adi olan 2016-cı ildəki hücumların Suriyadan sifariş edildiyini deyirlər. “Əgər İraq və Suriyada sülh bərpa olunarsa, Kazaxıstanda da bütövlükdə dini şərait yaxşılaşacaq” deyə, Akinet Reabilitasiya Mərkəzinin direktoru Alim Şumetov bildirir.

İŞİD sıralarına çox sayda sabiq sovet məkanının vətəndaşları qoşulub.
İŞİD sıralarına çox sayda sabiq sovet məkanının vətəndaşları qoşulub.

Qazaxıstanın Akniet Reabilitasiya Mərkəzi ölkəyə qayıdan və digərlərini islamçı qruplara cəlb edən ekstremistlər üzərində iş aparır. “Xarici terrorçuların veb səhifələri vasitəsilə təbliğ etdiyi radikal ideologoyalar əsasən gəncləri öz təsirinə məruz qoyur.”

Bu, adının açıqlanmasını istəməyən Əl-Qaidə ideologiyasının təsirinə düşən şəxs Pakistanda döyüşmək istəyirdi. Lakin ona oraya getmək imkanı verilmədi. O, ektremist uşaqlıq dostlarının təsiri altına düşdüyünü deyir. “Onlar mənim dostlarımdır və mən onlar üçün narahatam. Mənim onlardan xoşum gəlir. Əslində onlar yaxşı insanlardır. Əgər onlar düzgün yol seçə bilsələr, yaxşı işlər görə bilərlər.”

Bizim vəzifəmiz cəmiyyəti de-radikallaşdırmaqdır. Bunun üçün bu yolda iş aparmalıyıq.

Astananın mərkəzi məscidinin özünün şəxsi mediası var və o, islamçı terrorçuları və ekstremistləri pisləyən videolar paylaşır. Serikbay Hacı Oraz: “Bizim vəzifəmiz cəmiyyəti de-radikallaşdırmaqdır. Bunun üçün bu yolda iş aparmalıyıq.”

Baxmayaraq ki, Qazaxıstanda ekstremizim təhlükəsi nisbətən azdır, rəsmilər gənclərin əsl İslam barədə maarifləndirilməsinın ekstremizin yayılmasına mane olan əsas amil olduğunu deyir.

XS
SM
MD
LG