Accessibility links

Əkbər Haşemi Rəfsəncaninin oğlunun həbsinə fərman verilib


Əkbər Haşemi Rəfsəncaninin oğlunun həbsinə fərman verilib
Əkbər Haşemi Rəfsəncaninin oğlunun həbsinə fərman verilib

İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlunun həbsinə fərman verilib. İranın dövlət mediası Ədliyyə nazirinin müavini İbrahim Rəisiyə istinadən bildirib ki, Mehdi Haşemi İrana qayıtdığı an həbs ediləcək. Keçən ilin mübahisəli prezident seçkilərindən sonra Böyük Britaniyada yaşayan Mehdi Haşemi kütləvi etiraz aksiyalarının təşkilindəki roluna görə ittiham edilir. Müxalifətin seçkilərdə saxtakarlıqlara yol verildiyi iddiası ilə təşkil edilən aksiya iştirakçılarına qarşı ciddi ölçülər götürülmüşdü.

XS
SM
MD
LG