Accessibility links

Müğənni Kelli Klarson onun çəkisinə dair şərh yazaraq onun kök olmasını təhqir edən insanlara cavab verib.

Tvitter istifadəçisi açıq şəkildə Klarksona “Sən köksən.” Klarksonun isə cavab verəsi çox zaman almayıb və müğənni cavabında “və buna baxmayaraq gözəl olmaqda davam edirəm” yazıb.

Klarksonun cavabı Tvitterdə çoxlu dəstək qazanıb.

2015-ci ildə Klarkson Ellen DeGeneres-ə bunları deyib - “insanların bunu yeni bir şey kimi qəbul eləməsi xoşuma gəlir. Yəni bu təzə bir şey deyil ki. Bu 13 ildir belədir. Sən kimsənsə, osan. Biz necəyiksə eləyik. Bizim çəkimiz bizi narahat etmir. Həm də bu o demək deyil ki, mən daim belə kök qalacam.”

Klarkson doğru düşünür. O, nə vaxtsa çəkisi ilə vidalaşa bilər, amma fərqli səbəbdən insanlara nifrət edən insan heç vaxt xasiyyəti ilə bacarmayacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG