Accessibility links

ABŞ-ın mədəniyyət sahəsində tanınmış sənətçilərinə Kennedi Mərkəzinin fəxri adları verilib


Prezident Barack Obama və birinci xanım Mişel Obama 2010-cu il Kennedi Mərkəzi mükafatlarına layiq görülmüş Opra Vinfri və Pol Makkartni ilə ABŞ-ın dövlət himninin ifa edildiyi zaman. Kennedi Mərkəzi, Vaşinqton, 5 dekabr 2010
Prezident Barack Obama və birinci xanım Mişel Obama 2010-cu il Kennedi Mərkəzi mükafatlarına layiq görülmüş Opra Vinfri və Pol Makkartni ilə ABŞ-ın dövlət himninin ifa edildiyi zaman. Kennedi Mərkəzi, Vaşinqton, 5 dekabr 2010

ABŞ prezidenti mükafatları təqdim edərkən deyib ki, fəxri ada layiq görülmüş sənət ustaları öz istedadları ilə insanları bir-birinə yaxınlaşdırıblar

ABŞ prezidenti Barak Obama mədəniyyət sahəsində uzun illərdir fəaliyyət göstərən sənətçilərə Kennedi Mərkəzinin illik mükafatlarını təqdim edib. Bu il mükafata kontri musiqiçisi Merle Haqqard, Britaniyanın rok musiqiçisi Pol Makkartrni, bəstəkar Cerri Herman, xoreoqraf Bill Cons və televiziya şou ustası Opra Vinfri layiq görülüblər. Cənab Obama deyib ki, fəxri ada layiq görülən sənətçilər böyük istedad sahibi olmaqla yanaşı, öz sənətlərini ölkəyə hədiyyə olaraq bəxş etmişlər. Prezident Obamanın dediyi kimi, sənətçilər fəxri ada layiq görülmüş sənət sahibləri öz istedadları ilə insanların bir-birinə yaxınlaşmasına kömək etmişlər. Kennedi Mərkəzinin illik fəxri adaları Amerika mədəniyyətinə töhfə verilmiş sənət adamlarına verilir. Pol Makkartinin britaniyalı olmasına baxmayaraq, onun Beatles qrupunda fəaliyyəti və solo musiqiçi kimi fəaliyyəti Amerika pop musiqisinə böyük təsir göstərib. Opra Vinfrinin 25 ildən sonra bu il sona çatacaq tok-şouları isə tamaşaçıların bütöv bir nəslinin həyatında iz qoyub. Vonfri gələn il özünün kabel televiziya şəbəsini açacağını bildirib.

XS
SM
MD
LG