Accessibility links

Nayrobidə ABŞ səfirliyinin mühafizəçinə hücum edilib


Nayrobidə ABŞ səfirliyinin mühafizəçinə hücum edən şəxs güllə ilə vurularaq öldürülüb.

Bıcaqla hücuma keçən şəxsə zabit tərəfindən iki dəfə atəş açılıb. ABŞ-ın Keniyadakı səfirliyi işçilərin heç birinin xəsarət almadığını bildirib.

Yaxınlıqda olan polis zabiti mediaya bildirib ki, hücumçu səfirliyin viza şəbəsinin girəcəyində dayanan mühafizəçilərdən birini başı və sinəsindən bıçaqla yaralayıb. Onun mühafizəçinin silahını ələ keçirməyə cəhd etdiyi deyilib.

Keniya polisinin sözçüsü həmin şəxsin cinayətdə tək iştirak etdiyini və hazırda hücumla bağlı istintaq aparıldığını bildirib.

XS
SM
MD
LG