Accessibility links

ABŞ Dövlət Departamentində QİÇS-lə Mübarizə Planının 10-cu ildönümü qeyd edilib


ABŞ dövlət katibi Con Kerri QİÇS əleyhinə proqrama əlavə fond ayrıldığını bəyan etməklə, Amerikanın xəstəliklə mübarizə prqramının 10-cu ildönümünü qeyd edib.

Kerri deyib ki, 10 il əvvəl 30 milyon insanın QİÇS-ə səbəb olan vurusa yoluxması ilə hər şey qaranlıq, bütöv bir nəsil itirilmiş görünürdü. “Xəstəlik qarşısı alınmaz görünürdü. Bəşəriyyət çətinlik qarşısında idi. Əməliyyata başlanıldı. İxtiralar edildi. Ümidlər alovlandı. Nəsil xilas edildi.”

Con Kerri bunu ideologiya və siyasətlərə üstün gələn bəşər iradəsinin qələbəsi adlandırıb. Corc Buş oğul tərəfindən imzalanan QİÇS-lə Mübarizə Təcili Yardım Planı dünyanın ən böyük və ən uğurlu xarici yardım proqramıdır.

Son onillikdə HİV virusunun yayılma halları 20 faiz, Böyük Səhraaltı ölkələrdə QİÇS-ə yoluxma və xəsətəlik səbəbi ilə ölüm halları 3-də 1 dəfə azalıb.

2002-ci ildə Namibiyada hər 4 hamilə qadından biri HİV daşıyıcı idi. Bu ölkəyə məhz Amerikanın yardım planı kömək edib.

ABŞ dövlət katibi deyib ki, əldə etdiyimiz inkişaflar, siyasətlər və proqramlar HİV virusunun yayılmasına mane olub.

Dövlət Departamentində prorqamın 10 illiy münaisibəti ilə təşkil edilən mərasimdə 8 il əvvəl özü HİV virusu daşıyıcısı olan tanzaniyalı qadın da iştirak edib. O, dünyaya bu virusa yoluxmamış övlad gətirib. Tatu Msangi körpənin qan təhlilinin HİV-dən təmiz çıxmasının onun həyatında ən böyük sevinci olduğunu bildrib.

Con Kerri bu ay HİV-negativlə dünyaya I milyonuncu uşağın göz açdığını vurğulayıb.


ABŞ dövlət katibi bildirib ki, builki proqramda Kombodca, Qana, Nepal, Seneqal ,Svaziland və Zimbabveyə əlavə fondlar ayrılması da nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG