Accessibility links

Con Kerri ABŞ-ın Misirə milyonlarla dollar məbləğində yardım ayırdığını bildirib


ABŞ Dövlət katibi Con Kerri Avropa və Yaxın Şərq ölkələrinə ilk xarici turunu başa çatdıraraq bazar günü Misirdə prezident Məhəmməd Mursi ilə görüşüb. Kerri ABŞ-ın regionda mühüm müttəfiqi olan Misirdə müxtəlif tərəfləri ölkədə böyük ehtiyac duyulan iqtisadi islahatların həyata keçirilməsi naminə bir araya gəlməyə səsləyib.

Con Kerri ABŞ dövlət katibi kimi Misirə ilk səfəri zamanı Birləşmiş Ştatların ciddi fikir ayrılıqlarının mövcud olduğu Misirdə sabitliyin bərqərar edilməsi məqsədilə 450 milon yardım paketinin bir hissəsi olaraq ölkəyə dərhal 190 milyon məbləğində yardım etməyə hazır olduğunu deyib. O deyib ki, Vaşinqton Misirdə sahibkarlığa və gənclərə dəstək məqsədilə əlavə 60 milyon dollarlıq yardım edəcək.

Con Kerri yardımın cənab Mursinin Beynəlxalq Valyuta Fondu ilə 4,8 milyard dollarlıq kreditə dair razılığı yekunlaşdırmağa söz verdiyinə görə edildiyini deyib. Misirin maliyyə naziri Beynəlxalq Valyuta Fondu ilə razılığın aprel ayında partlament seçkilərinə qədər əldə ediləcəyini gözlədiyini bildirib.

ABŞ rəsmiləri Amerikanın baş diplomatının Misirin regionda nüfuzunun artırılması məsələsini müzakirə edəcəyini bildirmişdi. Onların sözlərinə əsasən, Kerri danışıqlar zamanı Misir və İsrail arasında sülh razılığının və Misirin İsrail və Qəzzada Həmas arasında münaqişədə vasitəçilik imkanlarının əhəmiyyətini vurğulamağı planlaşdırırdı.

ABŞ Dövlət katibi Misirdə görüşlərini başa çatdırdıqdan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG