Accessibility links

Con Kerri Benyamin Netanyahu ilə görüşüb


Cümə axşamı ABŞ dövlət katibi Con Kerri İsrail baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüş İsraildə zorakılqların artdığı ərəfədə Berlində baş tutub.

İsrail polisi yəhudi kişinin bıçaqlanmasında iştirak edən iki fələstinlini güllələyib.

Cümə axşamı baş verən hücum son zamanlar azı 8 israilli və 50 fələstinlinin ölümü ilə nəticələnən zorakılıqların ən sonuncusudur.

Kerri həftəsonu fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmağı planlaşdırır.

BMT baş katibi Ban Ki-Mun hər iki tərəfi fələstinlilərin üsyanının qarşısını almaq üçün geri çəkilməyə çağırıb.

Çərşənbə günü Ban Ki-Munla birlikdə Ramallahı ziyarət edən Fələstin lideri BMT-nin Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin beynəlxalq müdafiə ilə təmin etməyə çağırıb.

İsrail isə bu müqəddəs əraziyə hər hansı bir xarici sülhməramlı qüvvənin nəzarətinə etiraz edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın devrilmiş Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG