Accessibility links

Con Kerri Misirdə keçirilən iqtisadi konfransda iştirak edir


Konfrans Şərm əl-Şeyx şəhərində keçirilir

ABŞ dövlət katibi Con Kerri siyasi böhran yaşanan ölkəyə daha çox xarici sərmayə cəlb etməyə yönəlmiş iqtisadi sammitdə iştirak etmək üçün Misirdədir.

3 günlük konfrans Sinay yarımadasının Qırmızı Dəniz sahilində yerləşən tətil şəhəri Şarm əl-Şeyxdə güclü təhlükəsizlik tədbiləri altında keçirilir.

Regionda Misir iqtisadiyyatını çökdürən qiyam davam edir.

Sinayda fəaliyyət göstərən və İslam Dövlətinə sədaqətlərini bəyan edən militantlar sabiq prezident Məhəmməd Morsinin devrilməsindən bəri bir sıra hücum həyata keçirib.

Misir prezidenti Əbdel Fəttah Əl-Sissi zorakılıqların qarşısını ala biləcəyini və siyasi böhrana görə ölkədən uzaqlaşan xarici investorları cəlb edə biləcəyəni göstərməyə çalışır.

Konfrasda yüzlərlə biznes lideri və rəsmilər iştirak edir. Bunların sırasına ABŞ, Avropa İttifaqının diplomatları və BP kimi nəhəng şirkətərin nümayəndələri daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG