Accessibility links

Kerri ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginliyə dair məlumatların əhəmiyyətini azaldıb



ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında ciddi gərginliyin olduğuna dair məlumatları əhəmiyyətsiz adlandırıb.

Parisdə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Səud Əl-Feysəllə görüşdən sonra açıqlama verən Kerri iki ölkənin Suriya məsələsində eyni mövqeyi bölüşdüyünə inandığını deyib.

Con Kerri bildirib ki, Vaşinqton qarşılıqlı narahatlıq doğuran məsələlərlə bağlı Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələri davam etdirəcək.

Səudiyyə Ərəbistanı rəsmiləri Vaşinqtonun Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə qarşı avqust ayında kimyəvi hücumdan sonra hərbi qüvvədən istifadə etmədiyinə görə Birləşmiş Ştatlardan narazılıqlarını ifadə ediblər.

Ər-Riyad nüvə danışıqları və ABŞ-la İran arasında mümkün yaxınlaşma ilə bağlı narahatlığını bildirib.
XS
SM
MD
LG