Accessibility links

Con Kerri: Rusiyanın Ukraynada zorakılığa son qoymaq istədiyinə işarə yoxdur


ABŞ Dövlət katibi Con Kerri və Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin
ABŞ Dövlət katibi Con Kerri və Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin

ABŞ Dövlət katibi Con Kerri Rusiyanı Ukraynanın şərqində Malayziya hava yollarına məxsus təyyarənin düşdüyü ərazidə təhlükəsizliyin təmin edilməsi işində separatçılarla öz nüfuzundan istifadə etməyə çağırıb. Lakin o bildirib ki, Rusiyanın Ukraynanın şərqində zorakılıq və qantökməyə son qoymaq istədiyinə işarə yoxdur.

Vaşinqtonda Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkinlə birgə mətbuat konfransında danışan Con Kerri separatçıları təyyarənin düşdüyü əraziyə getmək imkanının qarşısını alaraq, insanlıq ləyaqətinə hörmətsizlik göstərməkdə ittiham edib.

ABŞ Dövlət katibi eyni zamanda, Ukrayna ərazisinin Rusiyadan raket və artilleriya atəşlərinə tutulduğuna dair aydın dəlil olduğunu deyib.

Öz növbəsində, cənab Klimkin Ukraynanın ərazi bütövlüyünün bərpası məqsədilə Rusiya tərəfdarı separatçılarla atəşkəsin əldə edilməsinin əhəmiyyətini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG