Accessibility links

Kerri: Yaxın Şərq sülh prosesini real şəraitdə sınaqdan keçirməyin vaxtı gəlib çatıb



ABŞ Dövlət katibi Con Kerri deyib ki, İsrail və Fələstin Muxtariyyəti arasında aparılan sülh danışıqlarının real şəraitdə yoxlanmasının vaxtı gəlib çatıb.

Cümə günü Mərakeşdə, Rabatda danışan Con Kerri tərəflərin onun ifadəsilə, “təəssüf doğuran seçimləri”ndən sonra atılacaq növbəti addımların dəyərləndirilməsini planlaşdırdığını bildirib.

Sülh müzakirələri İsrailin İordan çayının Qərb sahilində yaşayış komplekslərinin inşasını davam etdirməsi, İsrailin fələstinli məhbusların azad edilməsini dayandırması və Fələstin Muxtariyyətinin BMT-də tanınması səylərini davam etdirməsinə görə təhlükə altına alınıb.

Con Kerri tərəflərin heç birinin danışıqları dayandırmağa hazır olmadığına təkid edib. Lakin o, səylərin vədəsiz davam etdirilə bilməyəcəyini deyərək, tərəflər sülh istiqamətində addım atmaq istəməsə, ABŞ-ın rolunun məhdud olduğu ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG