Accessibility links

Con Kerri: Vaşinqtonda siyasi böhranın davam etməsi ABŞ-ı zəiflədə bilər


ABŞ Dövlət katibi Con Kerri xəbərdarlıq edib ki, Vaşinqtonda siyasi böhranın davam etməsi ABŞ-ın qlobal miqyasda zəifləməsinə gətirib çıxara bilər.

Con Kerri bunun baş verəcəyinə inanmadığını deyib. Lakin o bildirib ki, ABŞ hökumətinin bir hissəsinin bağlı qalması və bu vəziyyətin davam etməsi, ya da təkrar olması insanlarda ölkədə düzgün kurs götürüldüyünə dair sualların yaranmasına səbəb ola bilər.

İndoneziyada Bali adasında Asiya-Sakit okeanı ölkələrinnin iqtisadi tərəfdaşlıq forumunda danışan Kerri ABŞ hökumətinin bir hissəsinin bağlanmasının “qısa müddətli epizod” adlandırıb.

ABŞ hökumət orqanlarının bir hissəsinin artıq beşinci gündür bağlı qalması ilə nəticələnmiş siyasi vəziyyət hələ də həllini tapmayıb. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası ayrı-ayrı hökumət idarələrinin maliyyələşdirilməsi məsələsini nəzərdən keçirməyə cəhd göstərir, demokratların nəzarətində olan Senat isə hökumət idarələrinin yenidən fəaliyyət göstərməsi üçün qanun layihəsini təsdiq etməyə səy edir.

Həftəlik müraciətində prezident Obama bildirib ki, respublikaçılar ABŞ demokratiyası, ya da iqtisadiyyatını qanunu sevmədiklərinə görə girov saxlaya bilməzlər.

ABŞ prezidenti Obamacare adı ilə tanınan səhiyyə islahatları paketini nəzərdə tutub. Milyonlarla amerikalının səhiyyə xidmətlərindən istifadə etməsinə imkan verən qanun layihəsi bu həftə qüvvəyə minib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG