Accessibility links

Qazaxıstanda daha bir təyyarə qəzaya uğrayıb


Qazaxıstandan alınan məlumatda SCAT hava yollarına məxsus təyyarənin Almatı şəhəri yaxınlığında qəzaya uğradığı və təyyarədə olan 20 nəfərin öldüyü bildirilir.

Bu gün 15 sərnişin və 5 heyət üzvü ilə ölkənin şimal bölgəsindəki Kokşetau şəhərindən Almatıya uçan təyyarənin pis hava şəraiti nəticəsində qəzaya uğradığı deyilir. İlkin məlumata görə sağ qalanın olmadığı ehtimal edilir.

Bu, keçən aydan bəri keçmiş Sovet respublikasında baş verən ikuinci təyyarə qəzasıdır. Keçən ilin dekabr ayında da ölkənin cənubunda yerləşən Şimkənd şəhəri yaxınlığa baş verən təyyarə qəzası nəticəsində 27 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG