Accessibility links

Ukraynada həbs edilən etirazçıların amnistiya məsələsi müzakirə edilir


Ukrayna parlamenti bu gün son zamanlar Kiyevdə hökumətə qarşı keçirilən nümayişlər zamanı həbs edilən onlarla etirazçının amnistiya məsələsini müzakirə edir.

Ukrayna prezidenti Viktor Yanukoviç deyib ki, amnistiya etirazçıların ələ keçirdiyi hökumət binalarını boşaltdığı və küçələrdəki barikadaları götürdüyü təqdirdə mümkün ola bilər.

Yanukoviç çərşənbə axşamı həftələrdir Kiyevin mərkəzini işğal edən etirazçıların tələbinə əsasən ölkənin baş naziri Mikola Azarovun istefasını qəbul edib. Prezident eləcə də, yeni anti-nümayiş qanunlarını ləğv edib.

Müxalifət lideri, boks üzrə sabiq dünya çempionu Vitali Kliçko çərşənbə axşamı baş verənlərin "qələbə olmasa da, qələbəyə doğru addım" olduğunu dedi.
XS
SM
MD
LG