BMT-nin Mühakiməsiz Edamlar üzrə xüsusi hesabatçısı “qatil robotların” bir gün müstəqil fəaliyyət göstərə biləcəklərini deyən etirazçılara qoşularaq bu fəaliyyətə moratorium qoyulmasını tələb edir. Bu yaxınlarda Britaniya parlamenti qarşısında “qatil robotlar”a qarşı etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları bu robotların çox təhlükəli olduğunu deyirlər.
Etirazçılarda biri torpağa mina basdırılmasına qarşı kampaniyasına görə 1997-ci ildə Nobel mükafatına layiq görülən, amerikalı Cudi Villiamsdır. “Müharibələr zamanı texnologiyalardan istifadə ilə bağlı müzakirələr aparılmalıdır. Mənim ölkəm belə texnologiyanın az qanla başa gəldiyini deyəndə, mən çox hiddətlənirəm.”
Dünyada misli görünməyən, X-47B pilotsuz təyyarəni hal-hazırda Birləşmiş Ştatlar sınaqdan keçirir.
“Süni İntellekt və Robotlar” və “Hərbi Robotlar” Beynəlxalq Komitəsinin başçısı Noel Şarki bu pilotsuz təyyarələrin hərbi sənayedəki inqilabda ən son mərhələ olduğunu deyir. “Belə bir sual meydana gəlir, bu təyyarələr üçün hədəfləri və hücumların vaxtını kimlər müəyyən edir? Biz yalnız öldürmə funsiyasının müstəqil olacağından narahatıq. Ona görə də bizə hədəfləri seçmək və onları vurmaq üçün insan nəzarəti lazımdır.
Lakin bu texnologiyanın tərəfdarları robotların döyüş meydanında insan xətasını aradan götürdüyünü deyir. Londonun İqtisadiyyat Məktəbinin professor, Kristofer Kuker “21-ci əsr texnolgiyası müharibə haqda düşüncəmizi necə dəyişir” kitabının müəllifidir. “Əsəs mübahisə doğuran məsələ hazırda nəzarətin daha çox olmasıdır. Onlar saatlarla, bəzən də günlərlə hədəfi müşahidə edir, hansısa davranış səbəbdən hədəfi vurub-vurmayacaqları barədə qərar verirlər. Lakin bu, həmişə düzgün qərar verildiyi demək deyil, əlbəttə böyük səhvlər də olur.”
Cənubi Koreyanın nəhəng Samsung şirkətinin istehsal etdiyi SGR-A1 robot özünün ətrafı müşahidə edə biləcək kameriları ilə sərhədçiləri əvəz edərək, sərhədi qoruya bilir. Bu robot insanın idarə edə biləcəyi 5.5 millimetr həcmində pulemyota malikdir.
İnsan haqları qrupu Human Rights Watch belə robotların insansız da hərəkətə keçə biləcəyindən narahatdır. Professor Noel Şarki: “Özü-özünü idarə edəcək robotu nəzarət altında saxlamaq mümkün olmaz. Kim ona cavabdeh olacaq? Bir də ki, robotlu sistemdə o dəqər şey xarab ola bilər ki.”
“Qatil Robotlar”a qarşı olanlar nəhəng sənaye şirkətlərinin belə robotları istehsal etmək istiqamətində çalışdıqlarını deyirlər.