Accessibility links

Kilsədən məscidə [Video]


Kilsədən məscidə
please wait
Embed

No media source currently available

0:00 0:03:20 0:00

ABŞ-ın Sirakuz şəhərindəki kilsə müsəlmanlara, xristianlara olduğu qədər önəmlidir.

ABŞ konstitusiyasının birinci əlavəsi, ibadət edilən bütün yerlərə bərabər hüquqlar verir. ABŞ-ın Sirakuz şəhərindəki kilsə müsəlmanlara, xristianlara olduğu qədər önəmlidir. Həmin kilsənin məscidə çevrilməsi hekayəsini video reportajımızda izləyə bilərsiniz.

Nyu York ştatının şimalında yerləşən Sirakuz şəhərində, bu binanın üzərindəki xaçı aypara ilə əvəz ediblər.

Məscid İsa ibn Məryam, yəni Məryamın oğlu İsa Məscidi kimi tanınan bu yer dörd il öncəyə qədər Müqəddəs Üçlük Killəsi adlanırdı.

İçərisində gəzəndə divarlarda taxtanın üzərində həkk edilmiş ayələrə rast gəlirsən: “Allah hər kəsi baxışlayacaq. Günahları nə olsa belə.”

“Mən həmişə demişəm ki, bu divarlar 100 ildir ki, Quranı eşitməyi gözləyirdilər. Məndə lap əvvəldən bu hiss var idi.”

Yusuf Sule, kilsədən məscidə olan bu səyahətin bir hissəsi olub. O etiraf edir ki, kilsədə azan səsi eşitmək elə də asan deyildi.

“Bəzi insanlar çox qəzəbli və məyus idi. Buna qədər mənə heç zaman qəzəbli olmayan insanlar. Onlar deyirdilər ki, mən çox amerikanlaşmışam.”

20-ci əsrin əvvəlində tikilən Müqəddəs Üçlük Kilsəsi Almaniya və İtaliyadan gələn mühacirlərə xidmət edirdi. Əksəriyyəti burada xaç suyuna salınıb, evlənib və dəfn edilib.

Amma şəhərin dəyişən demoqrafiyası Müqəddəs Üçlük Kilsəsinə gələnlərin sayını kəskin şəkildə azaltdı. Şəhərin kənarlarına köçənlərin yerinə yeni mühacir dalğası gəldi. Onların əksəriyyəti müsəlmandır.

“Biz müxtəlif qruplarla çörək kəsdik. Nəticədə onlar kilsənin məscidlə əvəzlənməsi fikrini sülh və rahatlıqla qəbul etdilər.”

Sirakuzun Roma Katolik Yeparxiyası 2010-cu ildə kilsəni bağlamaq qərarı verir. Baxmayaraq ki, digərləri kilsəni bara çevirmək üçün üçqat pul verməyə hazır idilər, bura xeyli daha az məbləğlə müsəlman icmasına satıldı. Səbəb isə, Allahın evinin yenidən Allahın evi kimi xidmət göstərə bilməsi idi.

Və bununla binanın dəyişməsi başladı. Oturacaqlar yığışdırılıb, onların taxtaları isə döşəmələri düzəltmək üçün istifadə edilib. Divarlardakı minlərlə xaçların dizaynı dəyişilib və ya rənglənib. Binanın üzərindəki xaç isə çıxarılıb və binadan qalan xatirə kimi saxlanılıb.

“Bizim hələ də işıqları əvəz etmək üçün müəyyən vəsait toplamağa ehtiyacımız var. Çünki bura bir qədər işıqsızdır.”

Bu məscid ərazidə olan digər məscidlərdən fərqlənir. Belə ki, məsciddə qadınlarla kişilər üçün ayrı otaqlar yoxdur. Bundan əlavə təyin olunmuş İmam yoxdur. Buranın ideyası ondan ibarətdir ki, məscid hər kəsindir və hər kəs namaza çağırış edə bilər.

Hətta Sacəd Samir adlı 14 yaşlı əfqanıstanlı oğlan.

“Mən namazı tək qılırdım və sonra məsciddəki insanlar mənə azan oxumağa təklif etdilər və mən artıq bir neçə gündür ki, azan oxuyuram.”

Bir neçə ölkədən gələn qaçqınlar məscidin yaxınlığında yaşayırlar. Lakin məscid yalnız müsəlman icmasına xidmət etmir.

“Onlar burada yaşayan bütöv icmaya xidmət göstərirlər. Onların süfrələri hamı üçün açıqdır. Çoxlu pikniklər və yay toplantıları keçirirlər. Onlar icmaya xidmət göstərmək istəyən çox gözəl icma yoldaşlarıdır. Yalnız üzvlər deyil, bütövlükdə buranın müsəlman icması belədir.”

Yusif Sule deyir ki, mətbuatda olan hər şeyə inanmayın, çünki bəzi gözləntilərin əksinə olaraq, Amerikada çoxlu sayda qonaqpərvər insan var. Onlar müxtəlifiyi alqışlayır və insanları olduqları kimi sevirlər.

XS
SM
MD
LG