Accessibility links

Kim Conq Namın qətli ilə əlaqədar həbs edilən qadınların məhkəmə prosesi başlayıb


Şimali Koreya lideri Kim Conq Unun ögey qardaşını Kuala-Lampurda öldürməkdə təqsirləndirilən qadınlar cümə günü məhkəmə qarşısına çıxıb.

Vyetnamlı Doan Tay Huonq və indoneziyalı Siti Aişya 2017-ci il fevral ayı Malaziya rəsmilərinin Malaziyanın izdihamlı Kuala-Lampur Beynəlxalq Hava limanında Kim Conq Namın qətli ilə əlaqədar həbs etdiyi yeganə iki şübhəlidir.

Kim Conq Nama edilən hücum Malayziyada aeroportun təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Siti Aişyanın vəkili deyib ki, cümə günü keçirilən dinləmələrin məqsədi müdafiə qrupunu 7 şahid ifadəsi ilə təchiz edəcək klientin applikasiyasını dinləməkdir. belə ki, həmin ifadələr müdafiə tərəfi üçün həyati əhəmiyyət kəsb edir.

Məhkəmə gələn həftə işini davam etdirəcək.

Kim Conq Nam 2017-ci il, fevralın 13-də Kuala Lumpur hava limanında iki qadın onun üzünə, Malayziya rəsmilərinin dediyinə görə, son dərəcə zəhərli 'VX' sinir qazı atması nəticəsində ölüb.

Kim Conq Nam
Kim Conq Nam

Hücum hava limanının təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Şübhəli qadınlar televiziya proqramında iştirak etdiyini düşündükləri üçün zarafatla Kimə hücum etdiklərini deyir.

Kim Conq Nam atasından sonra Şimali Koreyanın lideri olmağa hazırlaşırdı, lakin 2001-ci ildə Tokiodakı Disneylendə getmək üçün saxta passportla Yaponiyaya daxil olmağa çalışdığına görə, atası onu Makauya sürgünə göndərmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG