Accessibility links

Kim Conq Un Pekinə səfərdən sonra Şimali Koreyaya qayıdır


Şimali Koreya lideri Kim Conq Un və onu müşayiət edən nümayəndə heyəti Çinə iki günlük səfərdən və prezident Şi ilə danışıqlardan sonra xüsusi qatarla ölkələrinə geri qayıdır.

Bu, Kim Conq Unun ötən ildən bəri Şimali Koreyanın əsas diplomatik və iqtisadi müttəfiqi Çinə dördüncü səfəridir.

Kimin vasitəçiləri ABŞ vasitəçiləri ilə ABŞ prezidenti Donald Trampla mümkün ikinci sammiti müzakirə edir.

Kim bu yaxınlarda deyib ki, o, Trampla daha bir üz-üzə danışıqlar aparmaq istəyir, lakin xəbərdarlıq edib ki, Vaşinqton “müvafiq tədbir” görmədiyi təqdirdə, başqa yollara əl ata bilər.

Kim Vaşiqntonun təzyiq taktikaları ilə bağlı narazılığını da dilə gətirib.

XS
SM
MD
LG