Accessibility links

ABŞ kəşfiyyatçıları: Kim Conq Un "çox rasionaldır"


Kim Conq Unun təkrar-təkrar provokasiyalarına və ABŞ-la qızğın ritorikaya girməsinə baxmayaraq Amerikanın yüksək rütbəli kəşfiyyat rəsmiləri Şimali Koreya liderinin kifayət qədər rasional olduğunu düşünür.

“Kim Conq Un çox rasional fiqurdur," Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Koreya Mərkəzi rəhbərinin assistenti deyir.

Kim Conq Un bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək.

“Gurultulu bəyanatlar bir tərəfə, Kim Conq Unun birləşmiş ABŞ və Cənubi Koreya hərbi qüvvələri ilə üz-üzə gəlmək niyyəti yoxdur,” Yonq Suk Li CIA-in Vaşinqtonda təşkil etdiyi konfransda bildirib.

“Kim Conq Un bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək.”

Kəşfiyyatçıların bu növ dəyərləndirməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə təzad təşkil edir.

Bir neçə Tvitter mesajında Tramp Şimali Koreya liderini “Balaca Roket Adamı” və “divanə” adlandırıb.

Li və başqa CIA rəsmiləri isə hesab edirlər ki, Şimali Koreya liderinin hərəkətlərində “məqsəd aydınlığı” var.

Pxenyanın məqsədi Şimali Koreyanı nüvə qüdrətinə çevirmək və nə vaxtsa ABŞ qüvvələrinin Koreya yarımadasından tamamilə çıxmasını təmin etməkdir.

Kəşfiyyat rəsmiləri belə fərz edir ki, Şimali Koreyanın ardıcıl raket sınaqları rejim üçün müəyyən vaxt qazanmağa və yarımadada öz hədəflərini təqib etmək üçün şərait yaratmağa xidmət göstərir.

ABŞ-a məxsus F-22 markalı radardan yayınan qırıcı təyyarələr Koreya yarımadasında uçur.
ABŞ-a məxsus F-22 markalı radardan yayınan qırıcı təyyarələr Koreya yarımadasında uçur.

“O, bizi öz oyun meydançasından kənarda saxlamaq istəyir,” Li əlavə edir.

Eyni zamanda hazırkı və sabiq rəsmilər Pxenyanın hesablamalarda səhvə yol verəcəyindən narahatdırlar.

Belə ki, hazırkı durumda Ağ Ev Şimali Koreya rejimi ilə hər hansı bir danışıqları rədd edir.

“Mümkündür ki, biz konfliktə yuvarlanaq,” deyə sabiq ABŞ elçisi Cozef de Trani xəbərdarlıq edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG