Accessibility links

Kim Conq Un Roma Papasını Pxenyana dəvət edib


North Korea Anniversary

Şimali Koreya lideri Kim Conq Un Roma Papası Fransisi rəsmən Pxenyana dəvət edib.

Cənubi Koreya prezidenti Mun Cae-inin sözçüsü Kim Eui-kyeom müxbirlərə deyib ki, prezident Mun Şimali Koreya liderinin dəvətini oktyabrın 17-də Roma Papası ilə görüşdə ona çatdıracaq.

Keçən ay Pxenyanda sammit zamanı Kim Conq Un prezident Muna Roma Papasının Şimali Koreyaya səfər etməsini istədiyini deyib.

Cənubi Koreya prezidentinin Roma Papası ilə görüşü onun Avropaya səfəri zamanı baş tutacaq. Prezident Mun Cae-in Avropa turu zamanı Danimarka, Fransa və İtaliyaya səfər edəcək.

Cənubi Koreya prezidenti Mun Cae-in vəŞimali Koreya lideri Kim Conq Un Şimali Koreyanın Ryanggang vilayətində Samciyon qonaq evində görüş zamanı, North Korea, 20 sentyabr, 2018.
Cənubi Koreya prezidenti Mun Cae-in vəŞimali Koreya lideri Kim Conq Un Şimali Koreyanın Ryanggang vilayətində Samciyon qonaq evində görüş zamanı, North Korea, 20 sentyabr, 2018.

Kim Conq Unun Roma Papasına dəvəti onun ölkəsini beynəlxalq təcriddən çıxarmaq üçün göstərdiyi səylər arasında sonuncusudur. Bu diplomatik səylərə Cənubi Koreya prezidenti Mun Cae-inlə üç zirvə görüşü və iyun ayında ABŞ prezidenti Donald Trampla Sinqapurda sammiti daxildir.

Kim Conq Unun atası Kim Conq İl Roma Papasını Şimali Koreyaya 2000-ci ildə dəvət etmişdi, lakin bu səfər heç vaxt baş tutmamışdı.

Şimali Koreyanın konstitusiyası ilə din azadlığına icazə verilsə də, dini ibadət dövlət tərəfindən nəzarət edilərək məhdudlaşdırılıb.

XS
SM
MD
LG