Accessibility links

Kim Conq Un Yeni İldə ABŞ prezidenti ilə daha çox nüvə danışıqlarına ümid edir


Şimali Koreya lideri Kim Conq Un Yeni İlə ABŞ prezidenti Donald Trampla daha çox nüvə danışıqları ümidi ilə başladığını deyib.

Televiziya vasitəsi ilə yayımlanan Yeni İl çıxışında Kim beynəlxalq ictimayyət tərəfindən dəstəklənən nəticə əldə etmək üçün hər zaman Trampla görüşməyə hazır olduğunu bildirib.

“Mən ABŞ prezidenti ilə hər zaman danışıqlar aparmağa razıyam. Və mən beynəlxalq ictimayyətin qəbul edəcəyi nəticə üçün çalışacam. Lakin ABŞ bizim insanların səbrini sınağa çəksə, sanksiyalar tətbiq etsə və dünya qarşısında verdiyi vədi tutmadan bizə təzyiq göstərsə, bizim suverenliyimizi müdafiə etmək üçün yeni yollar axtarmaqdan və Koreya yarımadasında sülhə nail olmaqdan başqa seçimimiz qalmır” – deyə, Kim Conq Un bildirib.

Kim həmçinin ABŞ-ın müttəfiqi Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırmalı və Cənubi Koreyanı hərbi sursatlarla təchiz etməməli olduğunu deyib.

Şimali Koreya potensial razılığın bir hissəsi kimi ABŞ-ın təftiş və məhv ediləcək nüvə və raket obyektlərinin ətraflı hesabatını tələb etməsinə narazılıq bildirib.

XS
SM
MD
LG