Şimali Koreyanın lideri Kim Yonq Un ölkəsinin daha artıq nüvə silahı istehsal edəcəyi ilə hədələyib. Bu hədələr ABŞ dövlət katibinin Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair Pxenyanla üz-üzə görüş keçirilməsi təklifi vaxtına təsadüf edir.
Kim bunları iki günlük silah konfrası zamanı deyib. Konfrans Şimali Koreyanın ən mükəmməl qitələrarası ballistik Hwasong-15 raketinə həsr edilib.
KRT dövlət televiziyası ilə Kimin çıxışı və onun raketin istesalında çalışan alimləri medalla təltif etdiyi göstərilib.
Hwasong-15 raketi ötən ay sınaqdan keçirilib. Təhlilçilər və hökumət rəsmilərinin bildirdiyinə görə, raket Amerikaya çatacaq qabiliyyətə malikdir.