Accessibility links

İkinci ən zəngin amerikalı deyib ki, Amerikanın ən zəngin adamları daha çox vergi verməlidir


İkinci ən zəngin amerikalı deyib ki, Amerikanın ən zəngin adamları daha çox vergi verməlidir
İkinci ən zəngin amerikalı deyib ki, Amerikanın ən zəngin adamları daha çox vergi verməlidir

ABŞ-ın ikinici ən zəngin adamı, maliyəçi Varen Bafet ABŞ hökumətinə büdcə defisiti və borcları azaltmaq üçün ölkənin super varlı təbəqəsindən daha çox vergi toplamasını təklif edib. New York Times qəzetində bu gün çıxan məqalədə Bafet deyir ki, Amerikanın zəngin təbəqəsi milyarderlərlə yaxşı münasibət saxlamaq istəyən Konqres tərəfindən kifayət qədər bəslənilib. Təxminən 45 milyard dollar pulu olan Bafetin dediyinə görə ötən il o, yeddi milyon dollar federal vergi ödəyib. O deyib ki, bu, onun gəlirdən tutulan verigisinin sadəcə 17.4 faizini təşkil edir və bu rəqəm onun ofisində ondan az qazanan işçilərinin ödədikləri faizdən azdır.

XS
SM
MD
LG