Accessibility links

Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır [Video]


Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres deyir ki, Kiprin yunan və türk liderləri 1974-cü ildən bəri ayrılan adanı briləşdirmək üzərində razılıq əldə etməyə yaxındırlar. Quterres bunları Cenevrədə keçirilən konfransdan sonra deyib. Konfras ilk olaraq bir günlüyünə nəzərdə tutlmuşdu, amma hər iki tərəf danışıqları davam etdirmək istədiyi üçün, belə görünür, bütün həftə sonu davam edəcək.

Quterres Cenverədə müxbirlərə deyib ki, vasitəçilər Kipr Respublikasında iki zonalı, iki-icmadan ibarət federal qurumun yaranması üzəirndə razılıq əldə etməyə yaxınlaşırlar. Lakin o uzun zamanadır davam edən bu probləmə tez çözümün olmayacağını bildirib.

Kipr Respublikasının bayrağı
Kipr Respublikasının bayrağı

“Siz problemin təcili həlli kimi bir möcüzə gözləməyin. Bizim istədiyimiz problemin tez həll olunması deyil. Biz Kipr Respublikası və oradakı icmalar üçün möhkəm və davamlı bir həll yolu tapmaq istəyirik”, deyə Qutteres bildirib.

Kipr 1974-cü ildə Yunanıstanla birləşmək istəyən yunanların hərbi çevrilişindən sonra Türkiyənin adanı işğal etməsi nəticəsində bölünüb. O zamandan bəri ada Şimali Kipr və yunanların idarə etdiyi Cənubi Kiprə bölünüb. Proses nəticəsində bir çox insan evlərindən didərgin düşüb və bu, məskunlaşma probleminin mühüm məsələyə çevrilməsinə səbəb olub. Yunan kiprlilər Ankaranın qoşunlarının adadan çıxarılmasını tələb edir. Vasitəçilər bu ayın sonu danışqların bərpa edilə bilməsi üçün tərəflər arasındakı böyük fikir ayrılıqlarını aradan qaldırmağa ümid edir.

“İndiyədək aparılan danışıqlar onu göstərib ki, yanvarın 23-də xarici işlər nazirlərinin mümkün görüşü üçün suallar hazırlayacaq ekspertlərdən ibarət xüsusi komandanın yaranması təsdiqlənəcək.”

İndiyədək aparılan danışıqlar onu göstərib ki, yanvarın 23-də xarici işlər nazirlərinin mümkün görüşü üçün suallar hazırlayacaq ekspertlərdən ibarət xüsusi komandanın yaranması təsdiqlənəcək.

Kiprin yunan və türk vasitəçiləri bir-birləri ilə ölkənin beynəlxalq sərhədləri ilə bağlı fikirlərini əks etdirən xəritələr bölüşüblər. Çərşənbə günü BMT-nin Kipr nümayəndəsi bunun yaxşı əlamət olduğunu deyib.

“Daha öncə kiprli nümayəndələr arasında özlərinin hazırladıqları xəritələrin mübadiləsi baş verməmişdi,” deyə Espen Bart Eid bildirib.

BMT-nin baş katibi deyib ki, 43 ildir davam edən bölgüyə son qoyacaq razılığın əldə olunması bütün dünya üçün bir ümid simovlunu təmsil edəcək.

“Biz bir çox fəlakət vəziyyətlə üzləşirik. Bizim bir ümid simvoluna ehtiyacımız var. Mən inanıram ki, 2017-ci ilin əvvəlində Kipr bu simvola çevrilə bilər.”

Britaniya, Türkiyə və Yunanıstan Kipr üçün vasitəçi ölkələrdir və Cenevrədəki danışıqlarında iştirak edirlər. Britaniyanın adada hələ də iki hərbi-dəniz bazası mövcuddur. Sülh razılığının bir hissəsi olaraq isə o, idarə etdiyi Kipr ərazisindən imtina etməyi təklif edib.

XS
SM
MD
LG