Accessibility links

200-ə yaxın ölkə istixana qazlarının ixtisarına dair tarixi razılıq əldə edib


200-ə yaxın ölkə soyuducu və kondisionerlərdə istifadə edilən istixana qazlarının ixtisarına dair tarixi razılıq əldə edib. Razılıq iqlim dəyişikliyi ilə mübarizə sahəsində atılan mühüm mir addım kimi dəyərləndirilir.

Ruandanın Kiqali şəhərində əldə edilən razılıqla bağlı ABŞ dövlət katibi Con Kerri deyib ki, 197 ölkə və hökumətin təsdiq etdiyi bu sənəd gələcəyə atılan mühüm bir addımdır.

Zavod istehsalı olan hidroflorokarbon (HFC) on illər bundan əvvəl ozon qatını dağıdan kimyəvi maddələrə alternativ kimi irəli sürülüb. Bu isə global istiləşməyə yol açıb.

197 ölkə və hökumətin təsdiq etdiyi bu sənəd gələcəyə atılan mühüm bir addımdır

Çin və Hindustan kimi ölkələrdə soyuducu və kondisionerlərin satışı artdıqca təhlükə də artır. Berkley Milli Laboratoriyanın məlumatına görə, HFC tullantıları daha çox kondisionerlərdən gəlir və 2030-cu ilədək 70 million kondisionerdən istifadə ediləcəyi təxmin edilir.

Razılıq ölkələri 3 hissəyə bölür. ABŞ və Avropa ölkələri istixana qazlarını 2019-cu ilədək 10, 2036-cı ilədək 85 fair azaltmalıdır.

Digər iki qrupa inkişaf etməkdə olan ölkələr daxildir ki, onlar 2024 və ya 2028-ci ilədək bu qazlardan istifadəni dayandırmalıdır.

Bəzi zəngin ölkələr HFC-dən istifadəni xeyli azaldıb.

Ötən ay Avropa İttifaqı nazirləri Brüsseldə iqlim dəyişikliyi ilə bağlı 2015-ci il Paris sazişinin ratifikasiyasına yekdilliklə səs verib.

Sazişin noyabr ayında Mərakeşdə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə çıxarılması üçün qurum tərəfindən imzalanmalıdır.

İqlim razılığının qüvvəyə minməsi üçün onu qlobal karbon tullantılarının 55 faizinin paylarına düşən 55 ölkə təsdiq etməlidir.

Amerika Birləşmiş Ştatları və Çin iqlim dəyişikliyi razılığının bu il qüvvəyə minməsinə kömək etmək üçün Paris Sazişinin ratifikasiyasını rəsmiləşdirib.

Dünyanın havanı ən çox çirkləndirən iki ölkəsi tərəfindən belə bir addımın atılması mühüm inkişaf hesab edilir.

196 ölkənin nümayəndəsi qlobal istiliyə qarşı mübarizədə razılığı ötən il əldə edib.

Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.

XS
SM
MD
LG