Accessibility links

Kiribati bərəsinin sərnişinlərinin axtarışı davam edir


Avstraliya və ABŞ təyyarələri Sakit Okeanda batan içində 50 nəfər olan Kiribati bərəsindən sağ çıxanları axtarır.

Bazar günü bir həftə boyu Sakit Okeanda kiçik taxta qayığın üzərində qalan üç kişi, üç qadın və 14 yaşlı qız tapılıb.

Qayığı Yeni Zelandiya Hava Qüvvələri tapıb və onlar yaxınlıqdakı gəmi qayıqdakıları qurtaranadək onları su və ərzaq kimi təchizatlarla təmin edib.

Onlar yanvarın 18-də Kibirati ölkəsinin Nonuti adasından Kiribatinin paytaxtı Cənubi Taravaya iki günlük səfərə çıxmış MV Butiraoi bərəsində olub.

Yeni Zelandiya Dəniz Təhlükəsizlik qüvvələri Avstraliyanın dəniz xilasetmə təyyarəsinin bazar ertəsi axtarışlara qoşulduğunu və ABŞ Sahil Təhlükəsizliyinin C-130 Hercules təyyarəsinin çərşənbə axşamı gələcəyini bildirib.

Hava qüvvələri digər 43 sərnişinə dair heç bir işarənin olmadığını bildirir.

XS
SM
MD
LG