Accessibility links

Nəsiman Yaqublunun “Qafqaz İslam ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib


Nəsiman Yaqublunun “Qafqaz İslam ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib
Nəsiman Yaqublunun “Qafqaz İslam ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib

Bakının qurtuluşunun 97-ci ildönümü münasibəti ilə tarixçi - alim Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib.

Müıllif bu haqda fikirlərini oxucularla belə bölüşür.

M.Ə.Rəsulzadə yazırdı:

“Əgər 28 Mayda biz istiqlalımızı sözdə elan etmişdiksə, 15 Sentyabrda bunu əməli şəkildə həyata keçirdik”.

“Həqiqətən də istiqlalımızın reallaşmasında, cümhuriyyətimizin yaşamasında Qafqaz İslam Ordusunun fədakarlığı danılmazdır. Min yüzdən çox Türk əsgəri canını Azərbaycanın azad edilməsi üçün fəda edivb. Biz onları unutmamalıyıq. Bax bu tarixi yaşatmaq üçün qızmar yay günlərində onların azad etdiyi Azərbaycan bölgələrini qarış-qarış gəzdim, o yerlərin fotolarını çəkdim, Türk şəhid məzarlarını ziyarət etdim, arxivlərdən sənədlər topladım və kiabı nəşr etdirdim”, Yaqublu qeyd edir.

Müəllifin fikrincə, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakını azad etməyib.

“Onlar böyük fədakarlıqla Azərbaycanın əksər bölgələrini azad ediblər. Məqsədim məhz bu faktları oxuculara çatdırmaq olub. Onlar Gəncədə, Göyçayda, Ucarda, Kürdəmirdə, Hacıqabulda, Ağsuda, Şamaxıda, Qobustanda, Qobuda, Güzdəkdə və digər Bakıətrafı bölgələrdə savaşıb torpaqlarımızı düşmənlərdən azad edib. Onlar vətənimizin vətən olması üçün unudulmaz işlər görüb”, tarixçi-alim bikldirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG