Martın 31-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda 2014-cü ilin 2-ci rübü üçün 34 qəzetin maliyyələşdirilməsi üçün 652.500 manat (832. 000 ABŞ dolları) ayrılması barədə qərar qəbul edilib.
Toplantıda "Azadlıq" qəzetinin redaksiyasının "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə qatılması barə müraciətinə də baxılıb. KİVDF Müşahidə Şurası 30 dekabr 2013-cü il tarixli iclasında qəzetin məhkəmə qərarı ilə borcları olduğuna görə maliyyə yardımını dayandırıb.
Müzakirələrin nəticəsi olaraq, "Azadlıq" qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün işçi qrupu yaradılıb. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq" qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.
Yerli ekspertlərin fikrincə, maliyyə yardımı ayrılan qəzetlərin bir neçəsini istisna etməklə, hamısı iqtidaryönümlü mövqeyi ilə seçilir. Hətta iqtidar və digər siyasi partiya qəzetləri də qaliblər sırasındadır.
Beləliklə, 12 qəzetə 30 min, 9 qəzetə 20 min, 3 qəzetə 15 min, 4 qəzetə 10 min, 1 qəzetə 5 min və 5 qəzetə 4 500 manat məbləğində maliyyə ayrılıb.