Accessibility links

Ukrayna parlamenti etirazçıların tələb etdiyi 3 qanun layihəsindən birini rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərib.

Parlamentin deputatı, ölkə prezidenti Poroşenkonun tənqidçisi Mustafa Nayyem bu hadisəni nümayişçilərin ilk kiçik qələbəsi adlandırıb.

Kiyevdə insanlar yenidən parlament binasının qarşısına toplaşır.

Bu barədə oktyabrın 19-da RİA Novosti məlumat yayıb.

Aksiyaçılar parlamentin qarşısındakı çadır düşərgəsinin ətrafına yığışırlar.

Amma vəziyyətin sakit olduğu bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, oktyabrın 18-i axşam saatlarında hüquq-mühafizə qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Milli Qvardiyanın mətbuat xidmətindən verilən məlumata görə, münaqişə aksiyaçıların bir gün əvvəl qvardiyaçılardan ələ keçirdikləri qalxanları qaytarmaq istəməyəndə baş verib.

Qarşıdurmanın 10-15 dəqiqə sürdüyü bildirilir. Polis gözyaşardıcı qazdan istifadə edib.

Toqquşma zamanı həbs edilən 11 nəfərin hamısı az sonra sərbəst buraxılıb və onlar yenidən çadır düşərgəsinə dönüblər.

Oktyabrın 17-də Ali Radanın qarşısında hökumət əleyhinə aksiya keçirilib.

Mitinqdən sonra aksiyaçıların bir qismi parlament binasının qarşısındakı meydanda çadır düşərgəsi qurublar.

Aksiyaçılar korrupsiya əleyhinə məhkəmə yaradılması, deputat toxunulmazlığının ləğvi və yeni seçki qanunu qəbul edilməsini tələb edirlər.

Aksiyanı Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyası, habelə “Batkivşina”, “İctimai mövqe”və digər siyasi partiyalar təşkil edib.

XS
SM
MD
LG