Accessibility links

Klounluq əsrlərdir bir çox mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilib


Əyləncə növlərindən olan klounluq əsrlərdir bir çox mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilib. Sirk, doğum günü yığıncaqları və ya səhnədə olmalarından asılı olmayaraq klounlar uşaqdan böyüyə gülüş və sevinc bəxs edir.

Bügünkü klounlar qədim dövlərin klounları ilə fərqli deyil.

Yelena Dey “Burun üstündə” adlanan şounun direktorudur. Bu tamaşada Mark Caster professor, Sabrina Mandell isə onun bacarıqsız assistenti rolunu ifa edir.
Tamaşada klounlarla bağlı səbədli filmdən parçalar da yer alır.

Həyatda ər-və arvad olan Caster və Mandell özəl teatra malikdir. Sabrina deyir ki, klounluq daim bizimlədir. “Hətta qrimlərimizi sildirdən sonra belə biz kloun olaraq qalırıq.”

Kloun və aktyor Matyu Pauli qrimin klounun individuallığının əsas amili olduğunu və bunun böyüdücü şüşə mahiyyəti daşıdığını deyir. “Dodaqların kənarlarına vurulan ağ rəng ağızın hərəkətini uzaqdan görməyə yardım edir. “

Yelena Day bildirir ki, auditoriya ilə təmas klounluğun unikal tərəflərindəndir. O, bunun təhsil və təlimlər tələb edən ciddi bir iş olduğunu deyir.
Yelenanın dediyinə görə, klounlar ənənələrin davamçılarıdır.

Mark Caster klounların üz ifadələri ilə auditoriya ilə təmas qurmaq qabiliyyətindən danışır. Əlbəttə ki, yumor hissi də olduqca vacibdir. “Mimika klounluğun əsas elementlərindəndir. Çünki bu, dil baryerini aradan qaldırır.”

Əyləncə-klounluq
please wait
Embed

No media source currently available

0:00 0:02:30 0:00
XS
SM
MD
LG