Accessibility links

Kofi Annanın müavini BMT-nin Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı hesabat verib


Kofi Annanın müavini bu gün BMT-nin Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı hesabat verərək, ölkədəki vəziyyəti gərgin adlandırıb. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra Almaniyanın BMT-dəki səfiri Peter Vitting deyib ki, Hula şəhərindəki qırğın şuranın gözlərini açıb. Lakin o, Alamniyanın münaqişənin militarizasiyasının əleyhinə olduğunu deyib.
Beynəlxalq elçi Kofi Annan Suriya hökumətindən pozulmuş sülh planını bərpa etmək istiqamətində heç bir nailiyyət əldə etmədən Suriyanı tərk edib. BMT rəsmilərinin bildirdiyinə görə cənab Annan Suriyanı bu gün yerli vaxtla səhər tərk edib. BMT və Ərəb Liqasının bölgəyə təyin etdiyi elçisi dünən prezident Bəşər əl-Əsədlə görüş keçirdikdən sonra müxbirlərə Suriya liderini sülh planı uğrunda sabah deyil, dərhal cəsarətli addımlar atmağa çağırdığını deyib. Cənab Annanın planına Suriya hökumətinin ağır artilleriyasını mülkü vətəndaşların yerləşdiyi ərazilərdən çıxarmaq və üsyançı qüvvələrlə barışığa riayət etmək daxil idi. Lakin hər iki tərəf hücumları davam etdirir.

XS
SM
MD
LG